20 
apr
2022
17:40
66
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Zaxarovadan NATO-ya ittihamlar
20 apr, 2022
17:40
966
NATO-ya üzv ölkələr Ukraynada xüsusi əməliyyatın aktiv fazasını gecikdirmək, hərbi texnika və silah tədarükünü artırmaq üçün hər şeyi edirlər.
Turkdunyasi.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, NATO üzvləri Ukraynada hərbi əməliyyatları dayandırmaq əvəzinə Ukraynanın Luqansk və Donetskə hücumlarını artırmağa kömək edirlər.
Zaxarova onu da bildirib ki, Rusiya xüsusi hərbi əməliyyata başlayandan bəri Ukrayna hakimiyyəti 63 ölkədən 7 minə yaxın xarici muzdlunu döyüşlərə cəlb edib.