E-mail: [email protected]
Yevlax Rayon 7 Saylı Regional İmtahan qeydiyyat-imtahan şöbəsindəki ab-hava, hər kəsin gələcəyə ümidlə baxmasına əsas verir
"Turkdunyasi".az xəbər verir ki, Uzun illər idi ki, Baş Dövlət Yol Polisi İdarəsinin fəaliyyəti, adı çəkilən bu qurumun tabeli strukturlarında vətəndaşlara göstərilən xidmətin göstəricisi və s. tam əksəriyyəti düşündürürdü. Fakt budur ki, yol polisi sahəsi dövlətimiz üçün olduqca strateji əhəmiyyət kəsb edən bir sahə olduğundan, zaman-zaman bu sahədə yaşanan ab-hava, atılan hər bir addım və s. tam əksəriyyət tərəfindən müzakirə olunmuş və çox zaman ortaya bəlli münasibət də qoyulmuşdur. Düzdür, bir neçə illər bundan öncə istər BDYPİ-də, istərsə də ona tabeli qurumlarda yaşanan ab-hava tam əksəriyyət tərəfindən narazılıqla qarşılanırdı, hətta baş verən xoşagəlməz olaylara görə vəzifə sahibi olan bəzi şəxslər “top atəşi”nə də tutulurdu. Bu gün isə fərqli yanaşma ortaya qoyulduğundan, fərqli idarəçilik həyata keçirildiyindən vaxtilə mövcud olmuş ümumi narazılıqlar aradan qaldırılmış, insanların yol polisi əməkdaşlarına olan inam hissi birəbeş artmışıdır. Sözsüz ki, belə bir münasibətin formalaşmasında rəhbərliyin həyata keçirdiyi idarəçilik, insanlara bəslədikləri münasibətin göstəricisi, hər kəsin üz-üzə qaldığı problemlərin həlli yöndə atılan addımların varlığı və s. olduqca əhəmiyyət daşımışdır.
Bir həqiqəti də qeyd edək ki, vaxtilə sürücüləri dövlət-hakimiyyət orqanlarından daha çox narazı salan BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində yaşananlar idi. Elə ki, son onildə Azərbaycan Respublikasının Prezidentinin tapşırığı əsasında bu sahədə lazımi islahat proqramları həyata keçirildi, o halda görülmüş tədbirlər Yevlax Regional İmtahan qeydiyyat-imtahan şöbəsində də özünü göstərməyə başladı. Məsələn, bu gün adı çəkilən qeydiyyat-imtahan şöbəsinin rəisi Cavanşir Vəliyevin iş fəaliyyətinə diqqət yetirdikdə bəlli olur ki, hal-hazırda bu şöbədə uğurlu addımlar atılmaqdadır. Yəni, əvvəlki illərə nisbətən hər kəsə qarşı fərqli yanaşma ortaya qoyulur, fərqli idarəçilik həyata keçirilir.
Onu da bildirək ki, hal-hazırda Yevlax Regional İmtahan qeydiyyat-imtahan şöbəsində fərqli idarəçilk həyata keçirildiyindən, bu gün hər kəsin üz-üzə qaldığı problemlərin həlli diqqətlə dinlənilir, lazım gəldikdə şöbə əməkdaşları tərəfindən sürücülərə müəyyən məsləhətlər də verilir. Söz yox ki, belə bir addımlar ilk olaraq qanunun tələblərinə əməl olunmasından və ölkə rəhbəri cənab İlham Əliyevin vəzifə sahibi olan hər kəsə vermiş olduğu tapşırıqlardan irəli gələn addımlardır.
O halın varlığını da unutmaq olmaz ki, Yevlax Regional İmtahan qeydiyyat-imtahan şöbəsinin Rəisi Cavanşir Vəliyevin uzun illər ərzində bu sahədə çalışması və peşəkar bir kadr olması, məhz bu şöbədə atılan hər bir uğurlu addıma təsir edən başlıca səbəblərdən biridir. Bəli, bu gün bir kimsə adı çəkilən bu şöbədə hansısa haqsızlıqla üz-üzə qala bilməz. Çünki, cənab Nazir bütün şöbələrdə olduğu kimi, bu şöbədə yaşananları da daim diqqətdə saxlayır. Ona görə də, Yevlax rayon Regional İmtahan qeydiyyat-imtahan şöbəsinin hər bir əməkdaşları da üzərinə düşən vəzifənin məsuliyyətini lazımınca dərk edirlər. Bundan əlavə bu gün rəhbərliyin Cavanşir Vəliyevə göstərdiyi etimadı doğrultmağa, bir vəzifə sahibi olaraq işinin öhdəsindən gəlməyə çalışır.
Onu da vurğulamaq yerinə düşər ki, Yevlax Regional İmtahan qeydiyyat-imtahan şöbəsinin rəisi Cavanşir Vəliyev xaraktercə sadə təbiətli bir şəxsdir və belə bir səbəb üzündən də, o, hər kəsin üzləşdiyi, yaxud da üzləşə biləcəyi problemləri diqqətlə dinləyir, yeri gəldikdə hər kəsə lazımi köməkliyini də göstərir. Ən əsası isə o, hər zaman, hər an şərəfli polis adını və ləyaqətini uca tutmağa çalışır. Bu kimi halların nəticəsidir ki, Yevlax Regional İmtahan qeydiyyat-imtahan şöbəsinin rəisi Cavanşir Vəliyev, nəinki çalışdığı kollektiv üzvləri arasında, hətta tabe olduğu rəhbər şəxslərin yanında da, çox böyük hörmət-izzət sahibi olan şəxslərdəndir. Bəli, bu cür əməl və amal sahibi olan Cavanşir Vəliyev, hal-hazırda tam əksəriyyətin inandığı və etibar etdiyi vəzifə sahibidir. Qeyd etmək yerinə düşər ki, əgər hər bir vəzifə sahibi üzərinə düşən vəzifəsinin öhdəsindən lazımınca gələrsə, o halda ümumi problemlərimiz öz həllini tapar və gələcək inkişafımız yeni zirvələrə qədəm qoyar. Yevlax Regional İmtahan qeydiyyat-imtahan şöbəsinin rəisi Cavanşir Vəliyevin də, məhz bu cür əməl sahibi olması onu söyləməyə əsas verir ki, adı çəkilən bu şəxsin yanaşması birbaşa ümumilli maraqlarımızın həlli yöndə atılan addımlardır.
Başqa bir məqama da toxunaq ki, bu cür əqidəsi saf, vicdanı təmiz, başlıca amalı xalqına və dövlətinə xidmət etmək olan belə bir polis əməkdaşına qarşı elə hallar olur ki, bəzi qüvvələr tərəfindən “qarayaxma kompaniyası” həyata keçirilir. Yəni, elə hallar olur ki, tanınmayan ayrı-ayrı media qurumlarında, və sosial şəbəkələrdə, bu şəxs haqqında şər-böhtan xarakterli məqalələr dərc olunur. Sözsüz ki, bu cür iyrənc addımların kökündə Yevlax Regional İmtahan qeydiyyat-imtahan şöbəsinin rəisi Cavanşir Vəliyevin artan nüfuzunu həzm edə bilməyənlərin ambisiyaları durur. Həmin qüvvələr o halın varlığını unudurlar ki, bu cür addımları ilə heç də uzağa gedə bilməyəcəklər. Çünki, çox zaman məqsəd və məramları çirkin niyyətlərə hesablanmış şəxslərin arzuları heç də “çin olmur”. Unutmayın ki, Allah ucaldanı bəndə alçalda bilməz!. Müəllif: "Turkdunyasi.az" xəbər portalının baş redaktoru Mübariz Nağıyev.