21 
apr
2022
11:54
198

Tel:+99450 352 82 91
E-mail: [email protected]

"Varlığın hər kəsə səadət, Şuşa" adlı tədbir keçirilib/FOTO

21 apr, 2022
11:54
12198

Turkdunyasi.az xəbər verir ki, 20 aprel 2022-ci il tarixdə Ağsu rayon Heydər parkında İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı, Ağsu rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Varlığın hər kəsə səadət, Şuşa!" adlı tədbir keçirilib. Tədbirdə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilatlar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 
Açıq havada təşkil olunan tədbirdə öncə Ümummilli Liderin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. 
Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin, Mərkəzi Kitabxana Sisteminin, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təşkil etdiyi sərgilər, Uşaq Musiqi Məktəbinin şagirdlərindən ibarət "Xalq Çalğı Alətləri" ansamblının və idmançıların çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb. 

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov öz çıxışında Şuşanın tarixinə nəzər salıb. Bildirib ki, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən Ermənistan 1992-ci il mayın 8-də bu mədəniyyət incisini işğal edib. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktlarına məruz qalıb. 

Ümummilli liderimiz Heydər Əliyevin vaxtilə dediyi “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur” kəlamını xatırladan R.Bağırov qeyd edib ki, 44 günlük Vətən Müharibəsində - 2020-ci il noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edib. Bu tarix xalqımızın yaddaşına "Zəfər" Günü kimi həkk olunub. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada şəhərin tarixi simasının bərpası yolunda nəhəng layihələrin gerçəkləşdirildiyini xüsusi vurğulayıb. 

Sonra isə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən təltif olunmuş Vətən müharibəsi zamanı Şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların ailələrinə və qazilərə medallar təqdim edilib. 

İsmayıllı rayonundan təşlif buyurmuş "Lahıc" Xalq Folklor qrupunun, "Niyal" İnstrumental ansamblının solistlərinin və Ağsu rayon "Qönçə" Xalq Çalğı Alətləri ansamblının solistlərinin rəngarəng ifaları tədbir iştirakçılarında xoş təəssüratlar yaradıb.




Bizimlə əlaqə saxlayın