10 
avq
2023
10:15
69

Tel:+99450 352 82 91
E-mail: [email protected]

"Ramiz Mehdiyevin parlamentdəki adamları tütün monopoliyası ilə məşğuldurlar" - İLGİNC İDDİALAR...

10 avq, 2023
10:15
769

"Ramiz Mehdiyevin parlamentdəki adamları tütün monopoliyası ilə məşğuldurlar"
“Millət bu cür monopolistlərin əlində əsir-yesir olub”.

Bu sözləri deputat Tahir Rzayevin siqaret qiymətlərinin artımı fonunda səsləndirdiyi fikirlərə münasibət bildirən siyasətçi, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Yenicag .az-a qeyd etdi.

O bildirib ki, belə fikirlər düzgün deyil və xalqımızın müdafiəsidir:

“Bunlar hamısı parlamentə düşən, Ramiz Mehdiyevin oraya yığdığı dövlətə xəyanət hüququndan insanlardır. Görünür, onlar tütün monopoliyasıyla məşğul olanlarla əlbirdirlər. Düşünürəm ki, onların millətdən xəbəri yoxdur. Tərbiyəsiz, dövlətinə sadiq olmayan, iqtisadi islahatlara etinasız yanaşan bu adamlar tütün monopoliyası ilə məşğuldur. Onlar hər bir insanlığın olmasını arzu edirlər. Bu sahələr belə monopolistlərin əlindədir.

Hazırda gedən islahatlar onu gostərir ki, artıq bundan sonra belə hallar olmayacaq. Onlar düşünürlər ki, hansı hərsa ideya ilə ortada qala bilsinlər. Bu yanlış və millətin əleyhinə olan ideyadır. Millət mənafeyinə uyğun işlər görməkdənsə, bu cür sarsaq, xalqda narazılıq yaradan ifadələr səsləndirir. Onlar Azərbaycan Bu adamların hamısı Ramiz Mehdiyevin oraya idarə edən adamlardır.

Onlarla yola gedə bilmərik, hər halda bu yöndə ciddi tədbirlər görülməlidir. Bu cür şəxslər prezidentimizin apardığı uğurlu siyasətə kölgə salmaq istəyən insanlardır. Belələrinə deputat yox, təxribatçılar deyərdim. Buna görə də millət bu cür monopolistlərin əlindən əsir-yesir olub. Hər halda bu fikirlər düzgün fikirlər deyil və xalqımızın müdafiəsidir”.

Qeyd etmək lazımdır ki, millət vəkili Tahir Rzayev “Siqaretin qiymətinin bahalaşmasının tərəfdarıyam. Artırlibsa, çox yaxşı olub. Qoy artsIn. İnsanların siqaretdən çəkməsi çox vacibdir”, – fikirlərini səsləndirib.

Bizimlə əlaqə saxlayın