E-mail: [email protected]
Gömrük Komitəsinin vəzifəli şəxsləri həbs edildi
Gömrük rəsmiləşdirilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs edilib.
Yenisabah.az xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə ölkəyə idxal edilmiş məhsulların gömrük rəsmiləşdirilməsi prosesində süni maneələr yaradaraq sonradan gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi müqabilində vətəndaşdan rüşvət alan bir qrup vəzifəli şəxs cinayət başında yaxalanıb.
DGK-nın Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin inspektoru Məzahir İsmayılovun qeyd edilən qanunsuz əməllərin törədilməsi üçün ona vasitəçilik edən ƏƏSMN-in tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşan Abdullayev və “ƏR TRANSPORT” MMC-nin faktiki rəhbəri Ədalət Quliyevlə əlbir olub vətəndaşa məxsus şirkətin hesabına idxal edilmiş avtomobil ehtiyyat hissələrinin gömrük rəsmiləşdirilməsində süründürməçilik hallarına yol verməsi, daha sonra səthi baxış keçirməklə malların gömrük nəzarətindən sürətli şəkildə buraxılmasına görə həmin şəxsdən 8 min manat məbləğində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülmüşdür.
Göstərilən faktlar üzrə başlanmış cinayət işi üzrə Məzahir İsmayılov cinayətkarının 308.2 idarəçilərindən sui-istifadə edən cəlb edilmiş şəxslər), 311.3.3 (külli miqdarda rüşvət alma), Elşən Abdullayev və Ədalət Quliyev 32.5, 308.2, 32.5, 31.3.3-cü qismində təqsirləndirilən şəxsdir. tutularaq barələrində məhkəmə nəzarəti ilə həbs qətimkan tədbiri seçilib.
İş hərtərəfli və obyektiv şəkildə həyata keçirilməsi, təqsir şəxslərin şəxslərinin şəxsi məsuliyyətə cəlb edilməsi təmin edilməsindən istifadə olunur.