

E-mail: turkdunyasi.az@mail.ru
Azərbaycanlılara hücum edən erməni həbs edildi - BMT qarşısında TƏXRİBAT

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın müraciəti ilə Laçın yolunu müzakirə etmək üçün təcili iclas keçirib. Sessiyada Azərbaycanı ölkənin BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təmsil edib.
***
Nyu-York polisi BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirən həmvətənlərimizə qarşı təxribat törədən Cobanyan Sulyanı həbs edib.
Polis BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirirən həmvətənlərimizə qarşı təxribat törədən erməniləri sorğuya çəkib.
Əraziyə gələn polis əməkdaşları şikayətçi tərəfləri dinləyib. Polis hadisəyə dair foto və videoları incələyib.
Beləliklə, BMT-nin mənzil-qərargahı önündə Nyu-Yorkda yaşayan həmvətənlərimiz tərəfindən erməni yalanlarına qarşı təşkil olunan etiraz aksiyası yekunlaşıb.




