21 
apr
2022
13:03
82

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Zelenski Putinə yeni mesaj göndərdi: “Bizə gün və yer lazımdır”

21 apr, 2022
13:03
982

Ukrayna prezidenti Vladimir Zelenski növbəti dəfə Rusiya lideri Vladimir Putinlə görüşə hazır olduğunu bildirib.

Turkdunyasi.az xəbər verir ki, Ukrayna dövlətinin başçısı bu barədə Fransanın BFM telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, prezidentlərin görüşü üçün Rusiya tərəfinin müharibənin başa çatması ilə bağlı söz deməsi, həmçinin görüşün gününü və yerini açıqlaması lazımdır.

"Biz hər şeyə hazırıq. İşğal olunmuş Krım, Donbass məsələlərini müzakirə etməyə hazırıq - bu məsələləri həll etmək lazımdır. Qoşunların Ukrayna ərazisindən çıxarılması ilə bağlı məsələlər də həll olunmalıdır. Rusiya Federasiyası heç olmasa, fevralın 24-də keçdiyi xəttə geri çəkilməlidir”, - Zelenski bildirib.

Onun sözlərinə görə, Ukraynaya təzyiq göstərmək mümkün deyil.

“Biz bir neçə dəfə demişik ki, mən fərqli prezidentəm, biz başqa dövlətik, hamımızı Ukraynaya sevgimiz birləşdirir, ona görə də həmişə danışıq tərəfdarıyıq”, - prezident deyib.

Zelenski hesab edir ki, Putinlə görüş üçün Rusiya Federasiyası prezidentinin özünün istəyi lazımdır:

“Ruslar nəhayət atəşi dayandırmalıdır, çünki heç kim heç nəyə çatmayacaq və Ukrayna dövlətinin başçısı ölkəni tərk etməyəcək”.

"Mən bürokrat deyiləm, görüşümüzə hazırlaşmağa ehtiyacım yoxdur. Mənə Rusiya tərəfinin deməsi lazımdır ki, müharibəni bitirmək istəyirlər, görüşəcəyimiz gün və yeri təyin etsinlər, daha heç nə lazım deyil", - Zelenski əlavə edib.

Bizimlə əlaqə saxlayın