21 
apr
2022
14:14
48

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Qanunlara dəyişiklik edildi

21 apr, 2022
14:14
948

“Əhalinin sağlamlığının qorunması haqqında” və “Psixiatriya yardımı haqqında” qanunlara dəyişiklik edilib.
 
Turkdunyasi.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Səhiyyə komitəsində müzakirə aparılıb. Komitədən bildirilib ki, qeyd edilən dəyişikliklər texniki xarakter daşıyır və uyğunlaşdırma tipli düzəlişlərdir.
 
Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 12-ci maddəsində “müdafiə sistemi” sözləri “xidmət” sözü ilə əvəz edilib.
 
“Psixiatriya yardımı haqqında” qanunun 32-ci maddəsində isə “tibbi yardım” sözləri “tibbi-sanitariya yardımı” sözləri ilə əvəz edilib.
 
Düzəlişlər komitədə müzakirələrdən sonra qəbul edilib.

Bizimlə əlaqə saxlayın