E-mail: [email protected]
Şirvan MERO-nun təzə rəisi Anar Cəfərov Texniki baxışa görə vətəndaşlardan 120 manat rüşvət alır...- “köhnə makler”ləri “təzələyib” və qiymətləri qaldırıb - Cənab Prezidentin nəzərinə
Şirvan “MERO”sunda baş verən problemlərə nəzər salaq.
Bu qurumda sürücülük vəsiqəsi almaq istsəyənlər mütləq “prava maklerləri” ilə sövdələşməlidir...Düzdür, ölkədə korrupsiyaya qarşı ciddi mübarizə gedir, amma MERO-larda bu hiss olunmur. Yəni MERO-lar köhnə qayda ilə işlərinə davam edirlər. Rüşvət vermədən “prava” almaq müşkül məsələdir.
“Prava maklerləri” isə özlərinin keflərinə uyğun olaraq qiyməti 1300 manat, bəzən 1400 manat, hətta 1500 manat müəyyən edirlər. Bu məsələdə kənar şəxs ola bilməz. Maklerlər hamısı “MERO” rəisinin öz inandığı, etibar etdiyi şəxslərdir. Hətta rayonların “MERO” rəisləri dəyişəndə “maklerlər” də dəyişir və “yeni komanda” yaranır. Bu “bazarlıq” vətəndaşlarda ciddi narazılıq yaradır.
Hətta konkret şikayətçilər var ki, sualları cavablandırsa da ona sürücülük vəsiqəsi verilmir. Bu MERO-ların qızıl qaydasıdır.
Digər bir şikayətçi isə qeyd edir ki, mən pul vermədiyimə görə, suallara cavab vermək üçün istədiyim kompüteri seçə bilmərəm. Mütləq MERO əməkdaşının dediyi kompüterin arxasında əyləşməliyəm. Və imtahandan kəsilməliyəm. Yəni kompüter-filan boş şeydir, pulunu ver, “prava”nı al.
Digər şikayətçi qeyd edir ki, sənədlər yığılır, arasındakı pulla bərabər MERO rəisinin kabinetinə aparılır.
Bunlardan əlavə MERO-larda maşınların texniki baxışı üçün 30 manat əvəzinə 120 manat rüşvət alınır. Eyni zamanda öz avtomobili üçün nömrə almaq istəyən vətəndaşlardan dövlət rüsumundan əlavə rüşvət də alınır. Bahalı nömrələr isə öz yerində.
Bir sözlə, ölkədə korrupsiyaya qarşı mübarizə gedir, MERO-larda isə rüşvət və korrupsiya çiçəklənir.
İntertv.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!