31 
avq
2023
16:20
79

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azay Quliyevin bahalı villasının görüntüləri yayıldı (FOTO)

31 avq, 2023
16:20
1379

Hüquq müdafiəçisi Samir Adıgözəlli QHT Agentliyinin Müşahidə Şurasının sədri, millət vəkili Azay Quliyevin Pirşağıdaki bağ evi – villasının görüntülərini yayıb.


AzToday.az xəbər verir ki, məlumatda bahalı villanın korrupsiya pulları hesabına tikildiyi iddia edilib:

Xəritədə gördüyünüz bağ təkcə evdən ibarət deyil, burda hər cür şərait yaradılıb. Dənizə yaxın məsafədə tikilən Villa kompleksdə Azay müəllim stadionda yaradıb.

Buyurun tanış olun QHT Şurasına illərdir ayrılan dövlətin milyonları haralara xərclənib.

Bu hələ bir faktdır. Görün bu stadionlardan daha neçə yerlərdə, İstanbulda vardır. Gərəkli məqamda onları da paylaşacam, həmdə video çıxışla.

Aydın məsələdir ki Azay Quliyev millət vəkili maaşı ilə fantastik komforta, mulklərə sahib olması mümkün deyil.

Neçə -neçə qht rəhbərləri, jurnalistlər var ki, evsiz qalıblar, bunlarda isə pulun artiqligina bax özlərinə stadion tikirlər.

Bu qədər harınlıq və QHT sektoruna düşmən kəsilməyin bir məntiqli cavabı mütləq olmalıdır.
 

Bizimlə əlaqə saxlayın