12 
sen
2023
21:10
83

Tel:+99450 352 82 91
E-mail: [email protected]

BU NƏDİ BELƏ: Lavrovdan Bakıya status ittihamı - Moskva yenə “bostanımıza”

12 sen, 2023
21:10
1183

Paşinyanın hakimiyyətdə qalmasını istəmirlər. Lavrovun məlum açıqlaması da Ermənistan əhalisində Nikol Paşinyana qarşı ictimai rəyi formalaşdırmağa xidmət edir. Artıq Rusiyanın nökərləri olan Serj Sərkisyan, Robert Köçəryan fəallaşıblar və onlara yeni qüvvələr də qoşulurlar ki, Nikol Paşinyanı iqtidardan devirə bilsinlər. Rusiya Ermənistanda Paşinyana qarşı xalqı qaldırmaq üçün ən müxtəlif addımlar atır. Lavrovun açıqlaması da buna xidmət edir.

Eyni zamanda Rusiya xarici işlər naziri dolayısı ilə ermənilərə mesaj göndərir ki, arxayın olun, biz Qarabağı Azərbaycana verməmişik. Revanşist ermənilərdə ümid yaratmağa xidmət edən bu cür açıqlamadan çıxarıla biləcək ikinci məna budur. Ermənilərə mesaj verilir ki, dirəniş göstərməkdə, separatçılıqda davam etsinlər. Rusiya eyni zamanda aranı qarışdırıb rus sülhməramlılarının uzun müddətə Qarabağda qalması üçün şərait yaratmağa çalışır. Ancaq Rusiya bu niyyətinə nail ola bilməyəcək. Azərbaycan bütün ərazisində özünün suveren hüquqlarını, hakimiyyətini bərqərar edəcək".
“Yeni Müsavat"

Bizimlə əlaqə saxlayın