21 
apr
2022
19:39
74

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Britaniya Rusiyaya qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

21 apr, 2022
19:39
9674

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Ukraynadakı müharibə ilə əlaqədar Rusiya Federasiyasına qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

Turkdunyasi.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.

Putinin Donetsk və Luqansk vilayətlərində hücumları bərpa etməsi və Mariupolda mülki infrastrukturun qəsdən bombalanmasına dair kəşfiyyat xidmətlərinin ifadəsindən sonra Birləşmiş Ştatların xarici işlər üzrə dövlət katibi Elizabeth Truss  bu gün Rusiyanın 26 fiziki və hüquqi şəxsinə qarşı yeni sanksiyalar dalğasını elan dib.


Belə ki, Ukraynada davam edən təcavüzə cavab olaraq Britaniya hökuməti Rusiya ordusunda cəbhə xəttində dəhşətli əməllər törətmək əmri verən rəhbərlərə qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edir.

Sanksiyalara məzuz qalanların siyahısında Buçadakı qırğında iştirak edən 64-cü əlahiddə motoatıcı briqadanın komandiri Azatbek Omurbekov, Rusiya Federasiyasının Hava Desant Qoşunlarının komandanı, general-polkovnik Andrey Serdyukov, Rusiya Federasiyası Xüsusi Əməliyyat Qüvvələrinin general-mayoru Valeri Flustikov, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Nikolay Boqdanovskinin adı da var.


Bundan əlavə, sanksiyalara Rusiya hərbçilərinə aidiyyəti olmayan, lakin rus qoşunlarının Ukraynaya qanunsuz müdaxiləsini fəal şəkildə dəstəkləyən şəxslər də var. Onların arasında keçmiş deputat İlya Kiva, “Rusiya Dəmir Yolları” QSC-nin idarə heyətinin sədri Oleq Belozerov və başqaları var.

Sanksiyalar həmçinin Kalaşnikov Konserni, Arzamas Maşınqayırma Zavodu, Hərbi Sənaye Şirkəti və Dövlət Nəqliyyat Lizinq Şirkətinə qarşı da tətbiq edilib.

Bundan əvvəl Bloomberg Böyük Britaniyanın Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlamışdı. Baş nazir Boris Consonun hökumətinin digər G7 ölkələri və Avropa İttifaqı ilə koordinasiya apardığı bildirilir.
Aİ həmçinin Fransada prezident seçkilərinin ikinci turu başa çatdıqdan sonra növbəti, altıncı sanksiya raundunu elan etməlidir.
Aprelin əvvəlində Britaniya Rusiya prezidenti Putinin qızlarına və Rusiya xarici işlər naziri Lavrovun qızına qarşı sanksiyalar tətbiq edib.

Bizimlə əlaqə saxlayın