E-mail: [email protected]
General Hikmət Həsənov barəsində rüsvayçı materiallar KİV ötürüldü
Adının Tərtər hadisələrində hallandıgı sabiq birləşmə komandiri Hikmət Həsənov deyəsən ümumiyyətlə,rahatlıq görməyəcək.Məsələ bundan ibarətdir ki,Tərtər hadisələrində Hikmət Həsənovun hərbçilərə şəxsən işgəncə verdiyi hətta bir neçə hərbçinin öldürüldüyü israrla iddia olunanlar içərisindədir.
Ölkədə və xaricdən yayımlanan internet TV -lər bütün günü bu məsələnin araşdırılması istiqamətində verilişlər yayımlayır,yeni şahidlərin dindirilməsini TV-lər vasitəsilə həyata keçirirlər.
Sözüm bunda deyil bu məsələnin sonluğunun nə ilə bitəcəyi zamana bağlıdır o,üzdən keçək yeni informasiyanın nədən ibarət olduğuna.
Hazırda birinci ordu birləşməsinin N saylı hərbi hissəsində zabit kimi xidmət edən bir şəxs redaksiyamıza 113 nəfərlik siyahı təqdim edib.Siyahıda hərbiçilərin bir yerdən başqa yerə xidmətə göndərilməsi,əmrin nömrəsi,zabitin ad soyadı ve verdiyi rüşvətin miqdarı qeyd olunub.
Mənbə bildirir ki,burada yığılan pullar şəxsən birləşmə komandiri Hikmət Həsənova çatıb.Yəni həmin dönəmdə rüşvətsiz heç bir yerdəyişmə etmək olmazdı.
Mənbə əlavə sənədlərin olduğunu bildirir və yaxın günlərdə onları da redaksiyamıza təqdim edəcəyini bildirir.
Şəxsin anonimliyini qorumağa söz veririk.
Mövzu ilə bağlı araşdırmalarımız davam edir
Redaksiyadan:Məsələ ilə
bağlı General Həsənovun fikrini dərc etməyə hazırıq.