E-mail: [email protected]
Türkiyə XİN-dən Azərbaycana dəstək - FOTO
Azərbaycanın Qarabağ bölgəsindəki qeyri-qanuni erməni silahlı birləşmələri tərəfindən Azərbaycan Ordusu mənsublarına və təhlükəsizlik orqanları əməkdaşlarına qarşı uzun müddətdir davam edən hücumlar və təxribatlara qarşı Azərbaycan Ordusu tərəfindən bu gün sırf hərbi ünsürlərin hədəf alındığı lokal xarakterli antiterror tədbirləri başladılıb.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
“İkinci Qarabağ savaşının başa çatmasından bu yana ötən təxminən üç illik müddətdə ərazidəki vəziyyətə dair daim dilə gətirdiyi qanuni və haqlı narahatlıqlarının aradan qaldırılmaması nəticəsində Azərbaycan öz suveren torpaqları üzərində lazım bildiyi tədbirləri görmək məcburiyyətində qalıb.
Azərbaycan və Ermənistan arasında bu günə qədər həssaslıqla aparılan ətraflı görüş prosesinin nəticəyönümlü olaraq davamının təmin edilməsinin bölgəyə sülh, təhlükəsizlik, rifah və daimi sabitliyin təmini üçün yeganə yol olduğuna inanırıq”, - deyə Türkiyə XİN-dən bildirilib.