30 
sen
2023
14:00
266

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şəhid Elşad Süleymanov dəfn edildi - FOTO

30 sen, 2023
14:00
7266

Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri zamanı şəhid olan Goranboy rayon Qızılhacılı qəsəbə sakini Elşad Məhəmməd oğlu Süleymanov ilə vida mərasimi keçirilib.
Turkdunyasi.az Mubarizciler.az-a ​istinadən ​​​xəbər verir ki, Vida mərasimində Goranboy Rayon İcra Hakimiyyəti nin başçısı Məhərrəm Quliyev, Hüquq - mühafizə orqanlarının rəhbərləri, Millət Vəkili Ağalar Vəliyevin nümayəndələri,  şəhidin yaxınları, hərbçilər, Goranboy  rayonun idarə və təşkilat rəhbərləri, polis əməkdaşları, ictimaiyyətçilər  və sakinlər iştirak edirlər.
Vida mərasimi başa çatdıqdan sonra şəhid Elşad Süleymanov Goranboy rayon Balakürd kənd qəbristanlığında Şəhidlər xiyabanında dəfn edildi.
Dəfn mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin ruhuna dualar oxunub, şəhidin məzarına tər güllər düzülüb, əklil qoyulub.
Qeyd edək ki, Elşad Süleymanov Azərbaycan Ordusunun Müddətdən artıq hərbi qulluqçusu olub. O, sentyabrın 19-da Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri zamanı gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ailəli idi iki körpə övladı vətənə əmanət qaldı.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.






Bizimlə əlaqə saxlayın