22 
apr
2022
08:41
40

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bu gün Şuşada Zəfər Qurultayı keçirilir

22 apr, 2022
08:41
940

Bu gün Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçiriləcək.
 
Modern.az xəbər verir ki, Zəfər Qurultayı aprelin 23-dək davam edəcək. Qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edəcək.
 
Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşüdür.
 
Zəfər Qurultayında bundan sonra diasporun fəaliyyətini müəyyənləşdirəcək mühüm qərarların qəbul ediləcəyi gözlənilir.
 
Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat veriləcək, “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələr təşkil ediləcək.

Bizimlə əlaqə saxlayın