15 
noy
2023
13:03
188

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Vüqar Kərimovun cənubdakı kadrı çətin durumda

15 noy, 2023
13:03
8188

Artıq ictimaiyyətə məlumat vermişdik ki,  "Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Kərimovun "Qara kassa"sı kimi tanınan,  ən yaxın kadrı 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin  mühafizə üzrə müavini Rahib Ağayev oxuyub yazmağı bacarmır".
 
Səhv başa düşmədiniz, elədir ki var.  Amma buna baxmayaraq "dayday"sı Vüqar Kərimovun sayəsi nəticəsində böyük vəzifə tutub. 
Onu da bildirmişdik ki,  Rahib  Ağayev,  bu iki il ərzində müavin işlədiyi dövrdə hansı bir ağaca öz xidməti damğasın vurub və ya akt tərtib edib.

Etibarlı mənbəmizin verdiyi məlumata görə,  bizim yazılarızdan sonra dərhal Vüqar müəllim Rahib Ağayevə zəng vuraraq bildirib ki,  artıq sənə görə biabır olmuşam. 
Odur ki özünü  sığortalamaq üçün hərəkətə keç və bir neçə ağaca damğa vurub  akt  tərtib et ki,  qoy əlində yazılı sənətin olsun.

Rahib Ağayev isə 12 noyabr 2023-cu il tarixində Cəlilabad  meşələrinə yollanmış və ömründə ilk dəfə olaraq bir neçə ağaca damğa vurub, özü akt yaza bilmədiyi üçün  Mərkəzin işçisinə akt da yazdırmışdır. 
Buna el arasında "Daldan atılan daş topuğa dəyər" deyillər 


Mənbə onu da bildirir ki,  Rahib Ağayev özünü "ziyalı" və "müəllim" kimi cəmiyyət və idarə işçilərinə  sırımaq istəyir.

Oxuyub-yazmağı bilməyən bir kəs necə müəllim ola bilər?!
Bu "müəllim" sözün gözdən salmaq demək deyilmi,  bəs nədir?

Rahib Ağayev özünü işçi və digərlərinə "müəllim" kimi təqdim edir və bu sözdən necə deyəllər: "həz (kayf) alır".


Rahib Ağayev dəfələrlə iclaslarda və öz həmkarlarına deyib ki,  mühafizə üzrə  direktor müavini ştatın  Vüqar müəllim mənə görə gətizdirib. 
 Mənə əgər  hazırda tutduğum vəzifədən çıxsam, o zaman bu ştatı da ləğv etdirib gedəcəm.

Rahib Ağayev haqda araşdırmamız davam edir.  

Qarşı tərəf hər zaman ki kimi dinləyib fikirlər dərc etməyə hazırıq

Bizimlə əlaqə saxlayın