16 
noy
2023
17:00
135

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur

16 noy, 2023
17:00
13135

Bir neçə gün Xeyriyyəçi iş adamı YAP fəalı   ,,ENERGETİK,, 1 ərazi partiya təşkilatının sədri Aran  Regional Elektrik Səbəkısinin rəis müavini Saleh Səmədovun İmişlidə olmaması bəzi ağzı göyçəklırin Saleh müəllimə xitabən ,, seri kordinal,, görünmür deyən bədxahların nəzərinə çatdırırıq ki, hal- hazırda Saleh müəllim  İmişlidədi və öz işlərinin başındadır.
Unutmayaq ki, ən böyük əxlaqi vəzifə öz qəlbini xeyirxahlığa öyrətməkdən, başqalarına da bunu təlqin etməkdən ibarətdir. Xeyirxah iş, xeyirxah əməl insanı mənən ucaldır, onu yaşadığın cəmiyyətin ən layiqli üzvünə çevirir. Bir çox savab işlər görüb xeyirxahlıq edərək əsl insanlıq nümayiş etdirən şəxslərdən biri də Saleh Səmədovdur.
 Onun gördüyü xeyir işlərin sayı-hesabı yoxdur. O, bir çox ehtiyac sahiblərinə, eləcə də köməyə ehtiyacı olan hər kəsə öz səlahiyyətləri çərçivəsində istənilən köməkliyi göstərmiş və hər zaman əlindən gələn heç bir şeyi əsirgəməmişdir. Onu da qeyd etmək lazımdır ki, Saleh Səmədov insani keyfiyyətləri özündə birləşdirməklə yanaşı işinin də əsl bilicisidir.
Saleh Səmədov vəzifə borcunu layiqincə yerinə yetirməyi eləcə də fəaliyyət göstərdiyi sahə üzrə ən perspektivli işlərin həyata keçirilməsini təmin etməyi bacaran insandır. Burdan da məlum olur ki, Saleh müəllim yüksək insani keyfiyyətlərə malik, həm də işinin əsl peşəkarı olan bir şəxsdir.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib geridə qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib. Gələcək nəsil üçün nümunə olacaq şərəfli bir ömür yolu keçmisən. Bu yazıda məhz elə insanlardan birinin-gözəl insan, xeyriyyəçi Saleh Səmədovun  keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Saleh Səmədov Vətənə ləyaqət nümunəsi sayılacaq məmurlardandır.
Saleh Səmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Saleh Səmədov  səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Bəli, dogurdan da cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir. Saleh Səmədov sıradan bir şəxs deyil, bütün ömrünü insanların rifahı işinə sərf edib. O, əsl Vətəndaşıdır. Onun qəlbi böyükdür. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, insanlıgı, xeyrxahlıgı sevir, bu amalla yaşayır.
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. 
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Saleh Səmədova  biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. 
Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, 

Bizimlə əlaqə saxlayın