16 
noy
2023
23:05
185

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Muxtar Babayevin atesstasiya oyununun pərdəarxası məqamları

16 noy, 2023
23:05
8185

Redakdiyamıza bir qrup 11 saylı  Regional Meşə Təsərrüfatı Mərkəzinin  15.11.2023-cü il tarixdə Meşələrin Inkişafı Xidməti tərəfindən keçirilən attestasiyada iştirak etmiş işçiləri tərəfindən müraciət: 

"Biz uzun illərin təcrübəli məşrçiləriyik,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu meşə sənətin bizə çox görüb,  bizi işdən çıxartmaq istəyir.

Ekologiya Nazirliyi bir qrup "mafiyoz"un əlində oyun-oyuncağa çevirilib.
Attestasiya imtahanına  ağır suallar salınır,  hansıkı o sualların əksəriyyətini bizim ixtisasımızla heç bir əlaqəsi yoxdur. 
Görünür burda məqsəd lazım olan işçiləri vurub işdən çıxartmaqdır.

Bizə çatan məlumatlara görə,  hələ bu azmış kimi,  rəhbərliydən attestasiyada komissiya qismində iştirak edən üzvlərə  "kimin keçəcəyinin"  siyahısı verilmişdi və onlar da öz saxtakarlığın etdilər.

Necə olurki 20 ilin təcrübəli  meşəçiləri 10-20 bal toplayır,  bir il ərzində gəlib işləyib ağac cinslərin tanımayan işçilər isə 30 və 40 baldan çox.

Bu həqiqətəndə biyabırçılıqdır.

Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq.

Bizimlə əlaqə saxlayın