19 
noy
2023
15:30
103

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İraq prezidenti Azərbaycana gəldi (FOTO)

19 noy, 2023
15:30
7103

İraq Respublikasının prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 19-da Azərbaycana Respublikasına rəsmi səfərə gəlib.

Qaynarinfo xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İraq Respublikasının prezidenti Əbdüllətif Camal Rəşidi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.




Bizimlə əlaqə saxlayın