23 
apr
2022
10:33
75

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İsmayıllıda yeni tibb mərkəzinin açılışı olub/FOTO

23 apr, 2022
10:33
9675

Turkdunyasi.az xəbər verir ki, İsmayıllıda peşəkar həkimlərin fəaliyyət göstərdiyi və ən müasir avadanlıqlarla təchiz edilmiş “Vitamin” özəl tibb mərkəzinin açılışı olub. 
Açılış İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının, hüquq-mühafizə orqanlarının, şəhid ailələrinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutub.

Klinikanın təsisçisi Famil Bağıyev çıxış edərək qonaqları salamlayıb, sahibkarlara yaradılan şəraitə görə ölkə rəhbərinə minnətdarlığını bildirib. Qeyd edib ki, kollektivin ən böyük məqsədi sağlam gələcəyə gözəl və yüksək səviyyədə xidmət göstərməkdir. O, həmçinin şəhid ailələrinin klinikada pulsuz müayinə və müalicə oluna biləcəyini də vurğulayıb.

Rayon rəhbəri Nahid Bağırov klinikanın açılışını əlamətdar hadisə kimi qiymətləndirərək, burada çalışan həkimlərin və tibbi heyətin vətəndaşlarımız üçün yüksək səviyyədə tibbi xidmət göstərəcəklərinə inandığını qeyd edib. RİH başçısı həmçinin qeyd edib ki, əvvəllər bəzi müayinə və müalicələr üçün qonşu rayonlara üz tutan rayon sakinləri bundan sonra yeni klinikanın xidmətlərindən istifadə edə biləcəklər. Peşəkar həkimlərin fəaliyyət göstərdiyi bu müəssisə deməyə əsas verir ki,  qonşu rayonlardan da tibbi müayinələr üçün bura müraciət edənlər olacaq. 

Çıxış edənlər yeni tibb mərkəzinin istifadəyə verilməsinə görə minnətdarlıqlarını bildiriblər. 

Sonda tədbir iştirakçıları klinikanın imkanları ilə yaxından tanış olublar.

Bizimlə əlaqə saxlayın