dek
2023
19:30
80

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Əsirlikdən azad olunan Hüseynin anası danışdı

8 dek, 2023
19:30
580

"O həbs olunanda kədərdən ağlamışdım, indi isə Tanrı mənə sevinc göz yaşları nəsib etdi". 


Bu sözləri Missiya.Az-a açıqlamasında erməni əsirliyindən xilas edilən Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun anası Şəhla Axundova bildirib. O prezident İlham Əliyevə minnətdarlığını ifadə edib və qeyd edib: "Ölkə başçısı bizim balalarımızı bizə qovuşdurdu, bizə surpriz etdi, ona ömrümün axırına qədər minnətdaram".

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülmüşdü.


Bizimlə əlaqə saxlayın