24 
apr
2022
13:22
140

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bərdə-Yevlax “post”unda şəhid ailələri etiraz etdilər/VİDEO

24 apr, 2022
13:22
97140

ELNUR ZEYNALOVUN"DİLƏNCİLƏRİ" BƏRDƏ POSTU!

Bu bir faktdır ki, ölkə başçısı cənab İlham Əliyev korrupsiyaya və rüşvətxorluğa qarşı barışmaz mübarizə aparır. Eyni zamanda karrupsiyaya,rüşvətxorluğa qarşı mübarizədə ortaya qətiyyətli iradə qoyub. Əlbəttə ki, bu iradədən kənara çıxan istənilən şəxs yəni, tutduğu qulluq mövqeyindən, xidmət etdiyin qurumların növündən aslı olmayaraq dövlətin sərt üzü ilə qarşılaşır və ciddi cəzalanır. Elə buna həbs edilən icra başçılarını misal göstərmək olar.Təəssüflər olsun ki,dövlətdən qorxmayan, qanunları heçə sayan məmurlar  hələdə var. Yevlax Bərdə YPX postunun əməkdaşları rüşvətxorluğa rəvac verməkdə hələdə davam edirlər. Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev hər bir vəzifə sahibini, dövlət məmurlarını və ələlxususda qanun işçilərini korrupsiyaya və digər neqotiv hallara qarşı mübarizəyə səsləsə də, bununla belə də bu məsələ hələdə öz həllini tapmayıb. Çünki, bu gündə bu çağırışa məhəl qoymayan, qanunları heçə sayan elə qanun işçilərinin özləridir. Yəni qanunun keşiyində duran öz şərəfli vəzifəsini layiqincə yerinə yetirən namuslu məmurlarımızı bu siyahıya şamil etmirik. Ancaq sözümüz öz vəzifəsindən sui-istifadə edən ölkəmizn bu gərgin vəziyyətində öz mənafeyini hər şeydən üstün tutan qanun işçilərinədir. Bərdə-Yevlax postunda xidməti vəzifə daşıyan YPX-əməkdaşının əndazani aşaraq etdiyi qanunsuzluq bu məsələyə toxunmağımıza səbəb yaratdı, və bizdə sual doğurdu. Qanunun keşiyində, dayanıb nizam-intizam yaratmaq əvəzinə qanununları kobud şəkildə pozaraq mişar daşı, qum, çınqıl, yükü daşıyan "kamazlardan" 10-15 manat postan keçmə haqqı alırlar.
 Bəs Görəsən bu çirkli pullar kimin və ya, kimlərin cibinə gedir? YPX əməkdaşlarına dövlətin ayırmış olduğu məvacib yetərincə olsada, belə bu cür acgöz məmurlar aldıqları əmək haqqı ilə kifayətlənməyib, öz var-dövlətlərini daha da artırmaq məqsədilə rüşvətxorluğa və digər neqotiv hallara yol verirlər. Bu azmış kimi indidə şəhid atasından "Rüşvət" istəyiblər.Ümid ediri ki, Elnur Zeynalovun Bu yarıtmaz, rüşvətxor, və özbaşınalığına tezliklə son qoyulacaq.
Güman edirik ki, təqdim etdiyimiz bu faktlar bir nəticə verəcək və cənab general Ramiz Zeynalov yollarda mədəni "DİLƏNÇİ" liklə məşğul olan YPX əməkdaşlarının özbaşınalığına,rüşvətxor əməllərinə son qoyacaqdır.
Məlumat üçün bildirək ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə  polis kapitanı Elnur Zeynalov YPX Alayının 9-cu tağımının komandiri vəzifəsindən azad olunaraq, 13-cü tağıma (Bərdə postuna) komandir təyin edilib.

Ətraflı süjetdə

Qarşı tərəfidə dinləməyə hazırıq.

Mənbə:ATV Xəbər

Bizimlə əlaqə saxlayın