19 
iyn
2024
22:31
146

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Goranboyda Şəhid Qahir Hüseynovun anım günü qeyd edildi - Fotolar

19 iyn, 2024
22:31
21146

Şəhid Qahir Hüseynovun anım günü qeyd edildi.
Turkdunyasi.az Mubarizciler.az istinadən xəbər verir ki, Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzi nin Sarov Diyarşünaslıq Evi, Kələk, Şıxlar, Həmənli, Qazançı, Qırıxlı və Qarasuçu kənd Klublarının birgə təşkilatçılığı ilə Birinci Qarabağ Müharibəsi Şəhidi Qahir Qüdrət oğlu Hüseynovun 32-ci ildönümü məzarı önündə qeyd edildi.
Keçirilən anım tədbirində Mədəniyyət işçiləri, Şəhidin yaxınları və kənd sakinləri iştirak etmişdir.








Qahir Hüseynovun Sarov kənd qəbiristanlığındakı məzarı ziyarət edilərək önünə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.

Mədəniyyət işçisi, İctimai-fəal Elçin Tağıyev Şəhid Qahir Hüseynovun yaxınlarına dərin hüzünlə başsağlığı verərək Şəhidlərimizə uca Allahdan rəhmət, doğmalarına səbir dilədi.

Sonda Şəhid Qahir Hüseynovun yaxınları onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə etdilər.
Azerbaycan Bayraq Ordenli tank komandir batalyon bas leytenant Qahir Huseynov 07.07.1968-ci ildə  Goranboy rayonunun Sarov kəndində anadan olub. 1975-ci ildə Sarov kənd 8 illik məktəbin 1-ci sinifinə gedib ve 1983-cu ildə 8 illik məktəbini, 1985 ildə Dəliməmmədli orta məktəbini bitirib və həmin il- 1985-ci ildə Rusiyanın Ulyanovsk şəhərində Ali hərbi tank məktəbinə qəbul olunub. 1989 cu ildə ali məktəbi bitirib və təyinatla Rusiyanin Zabaykal hərbi dairəsində Ulan Ude şəhərində hərbi hissədə 198-ci motoatıcı diviziyasında tank alayının hərbi tank tağımının komandiri vəzifəsində leytenant rütbəsində hərbi qulluğa başlayıb .1992 ci ildə Xocali faciəsini eşidib mart ayinin evvəli, 2 zabit dostu ilə vətənə köməyə gəldilər. Azərbaycan Müdafiə Nazirliyinə müraciət edib. N saylı alayda tank komandiri təyin olundu.1992 ilin mart ayında Ağdam rayonunda yerləşən N saylı hərbi hissənin tank taborunun komandiri vəzifəsinə təyin olunan baş leytenant Qahir Hüseynov dərhal əməliyyat və döyüş şəraiti ilə yaxından tanış olur. Xidmətinin ilk günlərindən qorxmazlığı və igidliyi ilə fərqlənən Qahir qisa bir zamanda komandanlığın və döyüşçülərin rəğbətini qazanır. Ağdam və Tərtər uğrunda gedən döyüşlərdə iştirak edib. 18 iyun 1992-ci ildə axşam 20.30 radələrində Qahir va Şirin Mirzəyev polkovnik-leytenant, Yavər Babayev, döyüşçülərin mövqelərini yoxlayıb növbəti döyüş tapşırıqlarını verib geri dönərkən Ağdamın Qaralar kəndi ərazisində UAZ 469 markalı avtomobildə minaya düşdülər.Ölümündən sonra Azərbaycan Bayrağı ordeni ilə təltif olunub. Goranboy rayonun Dəliməmmədli kəndində adına küçə var. Doğulduğu Sarov kənd Mədəniyyət evi Qahir Hüseynovun adını daşıyır. Və Büstü qoyulub.
ALLAH RƏHMƏT ELƏSİN,RUHU ŞAD,MƏKANI CƏNNƏT OLSUN

Bizimlə əlaqə saxlayın