24 
iyl
2024
13:21
24

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İşdən azad edilən Mədəniyyət işçisi Nazirə müraciət ünvanlayıb

24 iyl, 2024
13:21
4024

Sabiq Mədəniyyət işçisi, ictimai-siyasi fəal Elçin Tağıyev Mədəniyyət Nazirinə müraciət ünvanlayıb.

  turkdunyasi.az xəbər verir ki, bu barədə Elçin Tağıyev öz sosial şəbəkə hesabında paylaşım edib. Həmin paylaşımı olduğu kimi sizə təqdim edirik:
Azərbaycan Respublikası Mədəniyyət Naziri cənab Adil Kərimliyə

Goranboy Rayon Qızılhacılı qəsəbə sakini, orta ixtisas təhsilli, 2006-cı ildən Mədəniyyət sahəsində qüsursuz xidmətləri ilə fərqlənən, Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin ideologiyalarını yaşadan, Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasətini dəstəkləyən, İctimai-siyasi fəal Elçin Tağıyev tərəfindən

MÜRACİƏT

Hörmətli cənab Nazir Adil Kərimli!
Sabiq Mədəniyyət işçisi olaraq ilk öncə Sizdən məni qəbul etməyinizi xahiş edirəm.
Nəzərinizə çatdırıram ki, 2006-cı ildən Goranboy rayon Mədəniyyət Mərkəzinin tabeliyində olan kənd və qəsəbələrdə fəaliyyət göstərən Mədəniyyət Evlərində müxtəlif vəzifələrdə çalışmışam.
Sabiq idarə rəisi Sənan Hacıyevin hakimiyyəti dövründən bu günə qədər daimi işlə təmin edilməmişəm.
Bu müəmmalı məsələnin isə aydınlığı (daimi işlə təmin edilməməyim) sabiq rəhbərlərin hakimiyyəti dövrünə aiddir ki, çöllərdə qalmışam.
01.07.2024-cü il tarixindən isə müvəqqəti bağlanmış olan əmək müqaviləmə xitam verilərək vəzifədən azad edilmişəm.
Yenidən Mədəniyyət sahəsində işlə təmin edilməyim barəsində isə yerli yəni Goranboy Rayon Mədəniyyət Mərkəzi və Gəncə – Daşkəsən Regional Mədəniyyət İdarəsi nin rəhbərlərinə şifahi və yazılı müraciət etmişəm.
Müraciətim isə Sizdən yəni Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ndən asılıdır ki, razılıq məktubum həllini tapsın.
Bu razılıq məktubunun həlli isə bir qədər qınaq obyektinə çevrilir.
SƏBƏB: – Məni yenidən hər hansısa bir idarəyə nə rəhbər təyin etmirlər nədəki, səlahiyyətli nümayəndə. Sadəcə olaraq vakant və boş iş yerləri olan müəssisələrin birində daimi işlə təmin edilməyimdir.
Uzun müddət Mədəniyyət sahəsində qüsursuz xidmət etmiş, Goranboy Mədəniyyətini bütöv Azərbaycana tanıdan, ölkənin onsəkkiz rayon və şəhərində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Milli Qəhrəman və Şəhidlərimizin ailələrini ziyarət edərək keçirdiyi bütün görüşləri sosial şəbəkələr hesabında ictimailəşdirən və ən əsası isə Şuşa Fatehi, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan Möhtərəm Cənab Prezident Ilham Aliyev in dəstəkçisi olan Elçin Tağıyevin Mədəniyyət sahəsində işlə təmin edilməyi bu qədərmi çətindir?
Hesab edirəm ki, bu müraciətim hörmətli Mədəniyyət Naziri cənab Adil Kərimliyə çatsa tədbir görülər.

Bizimlə əlaqə saxlayın