24 
iyl
2024
13:34
62

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Goranboyda Şəhid Vüsal Əliyevin mövlud günü qeyd edilib - FOTOLAR

24 iyl, 2024
13:34
5562

Goranboy Rayon Hazırəhmədli kənd sakini, 1980-ci il təvəllüdlü xidməti vəzifəsini yerinə yetirərkən Şəhidlik məqamına ucalmış Vüsal Əli oğlu Əliyevin mövlud günündə məzarı və doğmaları ziyarət edilib.
turkdunyasi.az xəbər verir ki, Ziyarətdə Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru nun Goranboy Rayon Hazırəhmədli Kənd T.Məmmədov Adına Tam Orta Məktəbi nin direktoru və pedaqoji kollektivi, Goranboy Rayon İcra Hakimiyyəti başçısının Hazırəhmədli İcra Nümayəndəliyi, Şəhidin yaxınları, İctimaiyyət nümayəndələri və kənd ziyalıları iştrak etmişdir.
İlk öncə tədbir iştirakçıları Hazırəhmədli kənd qəbristanlığına gələrək Şəhidimizin məzarını ziyarət etmiş, məzarı önünə tər qərənfillər düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
İctimai-siyasi fəal Elçin Tağıyev ilk öncə Şəhid Vüsal Əliyevin  ailə üzvlərinə Goranboy İctimaiyyəti adından dərin hüzünlə başsağlığı verərək Şəhidimizə uca Allahdan rəhmət ailəsinə səbir diləmişdir. Eyni zamanda Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyini qeyd etmişdir. E. Tağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edildiyini, Goranboy rayonunda da şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunması qeyd etdi.
Hazırəhmədli kənd tam orta məktəbinin direktoru Təranə Cəbrayılova çıxış edərək Vüsal Əliyevin ailəsinə dərin hüzünlə başsağlığı verib.
T. Cəbrayılova bildirdi ki, bildiyiniz kimi 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində  möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz Ordumuz torpaqlarımızı erməni işğalından azad etdi, qalib Azərbaycan xalqı öz vətənpərvərliyini, əzmini bütün dünyaya tam aydınlığı ilə göstərdi. Bununla yanaşı bütün Şəhidlərimizin qisası alındı və Azərbaycan bütövləşdi.
 Mərasimdə çıxış edən Şəhid Vüsal Əliyevin qardaş Raqif Əliyev Vüsalın  keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirdi.
Sonra Mərasim iştrakçıları Şəhid anasını evində ziyarət etdilər.
Şəhid anası Nahibə İsgəndər qızı Əliyeva onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək ölkə başçısı cənab İlham Əliyev ə və Birinci vitse-prezident xanım  Mehriban Əliyevaya minnətdarlığını bildirdi.
Sonda Şəhid anasına xatirə hədiyyəsi təqdim edildi.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

Bizimlə əlaqə saxlayın