24 
iyl
2024
17:18
57

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Gəncəyə dolu yağdı - Faktiki hava

24 iyl, 2024
17:18
3057

İyulun 24-ü saat 15:30-a olan məlumata görə, Daşkəsən, Gəncə, Göygöl, Şabran, Qrız, Xınalıq, Şahdağ, Qusar (Laza), Xaçmaz, Göyçay, Balakən, Şəkidə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. 
Milli Hidrometeorologiya Xidmətindən Turkdunyasi.az-a verilən xəbərə görə, saat 15:03-15:05 radələrində Gəncə şəhəri Gülüstan qəsəbəsinə diametri 3 mm olan dolu düşüb. 
Əvvəlcədən verilmiş sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 15 m/s, Goranboyda isə 19 m/s-yə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 34, Aran rayonlarında 35, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti qeydə alınıb. 

Bizimlə əlaqə saxlayın