24 
iyl
2024
17:22
36

Tel:+99450 352 82 91
E-mail: [email protected]

DİM ləğv olunur? - Deputatdan mühüm açıqlama

24 iyl, 2024
17:22
3536

Xəbər verdiyimiz kimi Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurası yaradılacaq. Prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında" fərmanda dəyişiklik edib. Dəyişikliklər Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılacaq. Həmçinin DİM-in fəaliyyətinə cari rəhbərliyi 3 üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək. 
Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, dəyişiklik DİM-in fəaliyyətinin təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğun sistemləşdirilməsinə hesablanıb: 
“Düşünürəm ki, bu qərar DİM-in fəaliyyətinə nəzarətin təmin edilməsinə şərait yaradacaq. Əvvəl belə bir sistem yox idi. İndi Prezident Administrasiyasının müvafiq şöbəsi qurumun fəaliyyətinə birbaşa nəzarət edəcək. DİM bu gün dövlət qurumları arasında öz fəaliyyətini peşəkar səviyyədə quranlardandır. Bu sahə kifayət qədər mürəkkəb sahədir və onu idarə etmək heç də asan deyil. DİM-in fəaliyyətini ümumilikdə yüksək qiymətləndirirəm. Müəyyən narazılıqlar həmişə olur. 
Hesab edirəm ki, bütün qurumlar, eləcə də DİM vətəndaş müraciətlərinə həssas və operativ yanaşmağı bacarmalıdır. Yanlışlıqlar vaxtında aradan qaldırılmalıdır. Əsaslı narazılıqlara vaxtında baxılmalıdır ki, kütləvi hal almasın. Bəzən fikirlər səsləndirilir ki, imtahanları asanlaşdırılmalıdır, hətta qurumun fəaliyyətinə son qoyulmasını təklif edənlər də var. Bunlar tamamilə səhv fikirlərdir, prosesə töhfə verməyən təhlükəli yanaşmalardır. 
Vaxtilə biz bu sahədə xaosun şahidi olmuşuq və bundan kifayət qədər cəmiyyətimiz zərər görüb. İndi isə proses şəffaf həyata keçirilir, obyektiv sistem qurulub. Yanaşmamızda bu məqamları nəzərə almalıyıq, populist fikirlərə ehtiyac yoxdur”. 

Bizimlə əlaqə saxlayın