25 
iyl
2024
12:52
51
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Ermənistan İranla bağlı bu xəbəri yalanladı
25 iyl, 2024
12:52
751
Ermənistanın Müdafiə Nazirliyi ölkənin İranla 500 milyon dollar həcmində silah müqaviləsi imzalaması barədə yayılan məlumatları təkzib edib.
“Turkdunyasi.az” News.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan MN-in mətbuat katibi Aram Torosyan danışıb.
O, “Iran International” portalının yaydığı məlumatı “uydurma” adlandırıb.
Xatırladaq ki, portal sözügedən müqaviləyə “Shahed 136”, “Shahed 129”, “Shahed 197” və “Mohajer” pilotsuz uçuş aparatları, eləcə də “Khordad-3”, “Majid”, “Khordad-15” və “Arman” raket sistemlərinin daxil olduğunu bildirib.