27 
iyl
2024
18:42
64
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Paris-2024”də canlı yayımda Azərbaycana qarşı təxribat
27 iyl, 2024
18:42
564
“Paris-2024” Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycana qarşı təxribat olub.
Turkdunyasi.az xəbər verir ki, “Qafqazinfonun məlumatına görə, bu təxribata “Fransa-2” telekanalının aparıcıları yol verib.
Belə ki, aparıcılar canlı yayımda Sena boyunca olimpiya komandalarının paradında Ermənistan idmançılarının keçidi zamanı təxribatyönlü çıxışlar ediblər:
“Əlbəttə ki, ermənilər bizim dostumuzdur və Ermənistan tarixən fransızların ürəyinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm ili olub və Azərbaycan ordusunun əlinə keçən Qarabağın itirilməsi ilə nəticələnib”.
“Fransa-2” telekanalının bu təxribatındann sonra Azərbaycanın Beynəlxalq Olimpiya Komitəsinə şikayət hazırlayacağı gözlənilir.