28 
iyl
2024
18:21
40

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Pezeşkian onu birinci vitse-prezident təyin etdi

28 iyl, 2024
18:21
340

İran Prezidenti Məsud Pezeşkian Məhəmməd Rza Arifin birinci vitse-prezident təyin edilməsi haqqında fərman imzalayıb.
 Turkdunyasi.az Axar.az-a istinadən xəbər verir ki, sözügedən fərman İranın ali dini lideri Ayətullah Əli Xamenei tərəfindən Pezeşkianın rəsmi olaraq prezident vəzifəsinə təsdiqlənməsindən sonra ilk təyinatdır.
Qeyd edək ki, Məhəmməd Rza Arif İran siyasətinin islahatçı qanadına aiddir və islahatçı prezident Məhəmməd Hatəminin dövründə 2001-2005-ci illərdə İranın birinci vitse-prezidenti vəzifəsində çalışıb.
Hazırda onun 72 yaşı var.

Bizimlə əlaqə saxlayın