E-mail: [email protected]
Ərdoğan Türkiyənin İsrailə girə biləcəyi ilə hədələdi
İsrailin Qəzza zolağına hücumunu açıq şəkildə tənqid edən Ərdoğan Türkiyənin müdafiə sənayesini tərifləyərkən mövzuya toxunub.
"Biz çox güclü olmalıyıq ki, İsrail Fələstinlə bu mənasız işləri görməsin. Biz Liviyaya girdiyimiz kimi, onlarla da eyni şeyi edə bilərik", - Ərdoğan məmləkəti Rizedə Ədalət və İnkişaf Partiyasının iclasında deyib.
"Bizim bunu edə bilməməyimiz üçün heç bir səbəb yoxdur... Bu addımları atmaq üçün güclü olmalıyıq", - Ərdoğan əlavə edib.
Qeyd edək ki, prezident Ərdoğan 2020-ci ildə Türkiyə Liviyanın BMT tərəfindən tanınan Milli Birlik Hökumətinə dəstək olaraq Liviyaya qoşun göndərib.