E-mail: [email protected]
könüllü Vətən müharibəsi iştirakçısı Zülfüqarov Amilin Prezidentə Müraciəti
Göyçay rayonu 2-ci Ərəbcəbirli kənd sakini könüllü Vətən müharibəsi iştirakçısı Zülfüqarov Amil Kamal oğlu tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ
Çox hörmətli cənab Prezident! Yazaraq Sizə bildirmək istəyirəm ki, mən 1993-cü il təvəllüdlü Zülfüqarov Amil Kamal oğlu 27 sentyabr 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinə könüllü olaraq müraciət etmişəm. İlk öncə mənə hələki ehtiyac olmadığını bildirdilər, ona görə də göndərmək istəmirdilər, lakin olduqca israrlı olduğumu görüb nəhayət 29 sentyabrda məni döyüş bölgəsinə getməyimə razılıq verdilər. Vətənimin azadlığı uğrunda gedən müharibəyə Tərtər rayonunda yerləşən 157 saylı hərbi hissədən başladım. Tapqaraqoyunlu, Talışkənd, Suqovşan, Barambat meşəsi istiqamədində olan döyüşlərdə həmlə taborunda keçmiş kəşfiyyatçı kimi döyüşmüşəm. Düşmənin çoxlu sayda canlı qüvvəsini və döyüş texnikalarını məhv etmişəm. 10 noyabr 2020-ci ildə Azərbaycanın "Qələbə Günü" elan edildi. Həmin vaxtdan etibarən təxris olunduğum 27 dekabr tarixinə qədər işğaldan azad etdiyimiz Laçın rayonunun müdafiəsində dayanmışam.
Mülki həyatda qayıtdıqdan sonra işsizliklə əlaqədar Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Mərkəzi Göyçay Rayon Şöbəsinə müraciət etdim. Xırda buynuzlu mal-qara (qoyun) üçün qeydiyyatdan keçərək növbəyə yazıldım. Bundan sonra oradan məni axtaran olmadı. Halbuki məndən sonra qeydiyya düşən vətəndaşlar istədikləri ilə təmin olunmuşdur. İndi isə mənə "köhnə qeydiyyatın zamanı sistemdə xəta baş vermiş, məhz o səbəbdən də yeni qeydiyyatına uyğun olaraq xeyli gözləməlisən" deyərək, bəhanə edirlər. Əlbətdə dedikləri yalandırsa, bu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsinə (vəzifə saxtakarlığı) , yox doğrudursa, bu isə 314-cü maddəyə (səhlənkarlıq) əsas verir. İstənilən halda isə bu mənim günahım deyil və buna görə onlar özləri məsuliyyət daşıyırlar.
Çox hörmətli cənab Prezident! Uşaqlıqda oxuduğum o şərəfli kəlimənin, yəni "Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim" sözünün mənə də nəsib olması arzusu ilə böyümüşdüm. İndi Allaha şükürlər olsun ki, tarix yazanların yazdığı şanlı Azərbaycan Tarixində mənim də cuzi əməyim vardır.
Əlbətdə Vətənin azadlığı uğrunda döyüşməyim gələcəkdə Məşğulluqdan mal-qara və ya dövlətdən hər hansısa imtiyaz tələb etmək üçün olmamışdır. Lakin Sizin tapşırığınıza əsasən şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qayğı göstərilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsinə əsasən "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır".
Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsini "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir" rəhbər tutaraq Sizdən çox xahiş edirəm, mənim ən qısa zaman ərzində xırda buynuzlu mal-qara (qoyun) ilə təmin olunmağım üçün köməklik göstərəsiniz.
Ümid edirəm ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edən (CM, 308) Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Mərkəzi əməkdaşları layiqli cəzalarını alacaqlar.
Sizə öncədən öz minnətdarlağımı bildirirəm.
İmza: Zülfüqarov A.
Tel: 0506646762