E-mail: [email protected]
Bu gündən növbədənkənar parlament seçkisinin təşviqat kampaniyası başlayır
Bu gündən növbədənkənar parlament seçkisi ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyasına başlanılıb.
Turkdunyasi.az xəbər verir ki, proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək.
Seçkiqabağı təşviqatın aparılması qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən həyata keçirilə bilər.
Təşviqat üçün ölkə üzrə 3 259 açıq, 1 854 qapalı yer ayrılıb.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkisinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçki təyin edilib.
Açıq yerlərin linki - https://www.msk.gov.az/az/news/view/1353
Qapalı yerlərin linki - https://www.msk.gov.az/az/news/view