9 
avq
2024
10:32

53

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Mehriban Əliyevadan Həsrətlə bağlı paylaşım

9 avq, 2024
10:32
653
Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında bürünc medal mükafatı qazanmış Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovu təbrik edib.
Turkdunyasi.az xəbər verir ki, bu barədə birinci xanım sosial şəbəkədə yazıb.
"Ura! Növbəti qələbəmiz! Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov bürünc medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm!", – o qeyd edib.
Xatırladaq ki, avqustun 8-də Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov qırğızıstanlı rəqibi Amantur İsmayılovu yenərək olimpiadanın üçüncüsü olub.