15 
avq
2024
18:28
50
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Milli Məclisə rəhbərlik uğrunda mübarizə qızışır
15 avq, 2024
18:28
650
Turkdunyasi.az xəbər verir ki, seçki günü yaxınlaşdıqca parlament rəhbərliyi uğrunda mübarizə daha kəskin xarakter alır. Sentyabrın 1-də deputat seçiləcəyi ehtimal edilən bir neçə tanınmış siyasətçinin Milli Məclisin rəhbərliyində təmsil olunmağa can atdığı bildirilir.
Qeyd edək ki, bununla bağlı mətbuatda müxtəlif səpkili xəbərlər tirajlanır. Milli Məclisin hazırki sədri Sahibə Qafarovanın postunu qoruyacağı bildirilsə də, onun sağında və solunda əyləşən adamların yeni simalarla əvəzlənəcəyi ehtimal edilir.
Mətbuatda birinci vitse-spiker və vitse-spiker postlarına bir neçə nəfərin namizədliyi hallanır. Bu sırada ən şanslı namizəd hazırda baş nazirin müavini vəzifəsini tutan 69 yaşlı Əli Əhmədovdur. Onun parlamentin yeni tərkibində birinci vitse-spiker, yaxud vitse-spiker postunu tutmaq şansı rəqibləri ilə müqayisədə xeyli yüksəkdir.
Parlament rəhbərliyində təmsil olunacağı güman edilən 2 tanınmış müxalifət təmsilçisi də var. Bunlar Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa və ReAL partiyasının parlamentdəki təmsilçisi Erkin Qədirlidir. Qüdrət Həsənquliyevin sədri olduğu Ədalət, Hüquq, Demokratiya Partiyasının da müxalifət üçün nəzərdə tutulmuş vitse-spiker postuna iddialı olduğu bildirilir. ƏHD partiyasının bu dəfə parlamentdə ən azı 2 deputatla təmsil olunacağı güman edilir.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, “İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun rəisi Şahin Seyidzadə də vitse-spiker postu uğrunda mübarizəyə qoşulub.
Xatırladaq ki, Şahin Seyidzadənin namizədliyi 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən qeydə alınıb.