16 
avq
2024
14:43
42

Tel:+99450 352 82 91
E-mail: [email protected]

"Oxçuçayın çirkləndirilməsi davam edir” - Kamran Əliyev

16 avq, 2024
14:43
542

"Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi davam edir”.
Turkdunyasi.az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Naxçıvanda keçirilən “Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda” Elmi-Praktiki Konfrans zamanı qeyd edib.
Xankəndidən sonra növbəti konfransın Naxçıvanda keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edən Baş prokuror deyib ki, uzun müddət davam etmiş Azərbaycan və Ermənistan münaqişəsinin gedişatında təəssüflər olsun ki, Araz çayı sahilyanı və dib çöküntüləri kimyəvi və radioaktiv tullantılarla məqsədyönlü olaraq çirkləndirilib və hazırda da bu proses davam etdirilir: “Hazırda da Ermənistan ərazisindən keçməklə ölkəmizə daxil olan çayların, xüsusən də Araz və onun qolu olan Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi davam edir”.
K.Əliyev əlavə edib ki, Ermənistan mövcud beynəlxalq konvensiyaların tələblərini daim pozub: “Belə ki, BMT-nin Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında 1991-ci il Konvensiyası (ESPO), “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” BMT-nin 1992-ci il tarixli Konvensiyası, eləcə də həmin Konvensiyanın “Su və sağlamlıq haqqında” 1999-cu il 17 iyun tarixli Protokollarından irəli gələn öhdəliklər Ermənistan tərəfindən kobud şəkildə pozulub. Azərbaycan əhalisi illərdir Şərqi Zəngəzurda olan zəngin su ehtiyatlarından məhrum qalıb”.

Bizimlə əlaqə saxlayın