4 
sen
2024
08:14

55
yuxarı
Mehriban Əliyeva Lamiyəni təbrik etdi - Fotolar

4 sen, 2024
08:14
455
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva paraatlet Lamiyə Vəliyevanı “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edib.
Turkdunyasi.az xəbər verir ki, o, bu haqda instaqram hesabında yazıb.
“Ura! Növbəti qələbəmiz!
Dördqat dünya çempionu Lamiyə Vəliyeva “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm”, - paylaşımda qeyd olunub.