26 
apr
2022
12:05

81

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Putin bu gün BMT-nin baş katibi ilə görüşəcək

26 apr, 2022
12:05
981
Rusiya prezidenti Vladimir Putin Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Moskvaya gələn BMT-nin baş katibi Antonio Quterreşi Kremldə qəbul edəcək.
Turkdunyasi.az “İnterfaks”a istinadən xəbər verir ki, görüşün bu gün keçiriləcəyi gözlənilir.
Quterreş əvvəlcə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq, daha sonra isə Putinlə görüşəcək.
Bir həftə əvvəl Quterreş Rusiya Federasiyası və Ukrayna prezidentlərinə “sülhün bərqərar olmasına yönəlmiş təcili addımları” müzakirə etmək üçün onu Moskva və Kiyevdə qəbul etmək xahişi ilə müraciətlər göndərib.
Bazar ertəsi BMT-nin baş katibinin Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla, cümə axşamı isə Kiyevdə Vladimir Zelenski ilə görüşü planlaşdırılıb.