26 
apr
2022
12:43

112

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Yoxlamalar aparılsa da, ciddi irəliləyiş yoxdur

26 apr, 2022
12:43
12112
"Hesablama Palatası 2021-ci ildə 50 nəzarət tədbirindən 46-sını həyata keçirə bilib".
Turkdunyasi.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib.
O qeyd edib ki, Palata yoxlamalar nəticəsində ciddi nöqsanlar aşkara çıxarıb:
"Bütün təşkilatlarda demək olar ciddi maliyyə pozuntuları hesabatda əks olunub. Satınalmalar və tenderlərlə bağlı məsələlərlə əlaqədar ciddi nöqsanlar aşkarlanıb. Hər il bu barədə yoxlama aparılsa da, ciddi irəliləyiş yoxdur".
"Hesablama Palatasının bir üzvü plenar iclaslarda iştirak etməli, qeyd aparmalıdır. Palata burada müzakirə etdiyimiz məsələləri iş planına daxil etməlidir. Sahibə xanım, xahiş edirəm ki, buna şərait yaradılsın",- deyə parlamentari qeyd edib.