

E-mail: turkdunyasi.az@mail.ru
AMEA-nın iclası başladı: Ramiz Mehdiyev iştirak etmir - YENİLƏNİB + FOTO

AMEA-nın Əsas binasında Azərbaycan Milli Elmlər Akademiyasının 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncağı keçirilir.
Oxu.Az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, ali təhsil müəssisələrinin rektorları, eləcə də xaricdə yaşayan azərbaycanlı alimlər iştirak edirlər.
Əvvəlcə qonaqlar “Elm günü”nə həsr edilmiş AMEA-nın elmi müəssisə və təşkilatlarında əldə olunan uğurları əks etdirən Akademiyanın elmi nailiyyətlərinin sərgisinə baxış keçiriblər.
Ümumi yığıncağın rəsmi hissəsi AMEA-nın prezidenti vəzifələrini müvəqqəti icra edən akademik Arif Həşimovun giriş nitqi ilə başlayıb.
Hazırda Akademiyanın elmi bölmələrinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinə dair hesabatları dinlənilir.
Qeyd edək ki, AMEA-nın prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyev iclasda iştirak etmir.