26 
apr
2025
11:34
66

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Vilayət Eyvazov konkret tapşırıqlar verdi - Fotolar+Video

26 apr, 2025
11:34
1466

nəzarətdə saxlanıldığını, müraciətlərin obyektiv və həssaslıqla araşdırıldığını, qaynar xətlərə daxil olmuş və sosial şəbəkələrdə yayımlanmış məlumatlara çevik reaksiya verildiyini, bütövlükdə əldə edilmiş nəticələrin müsbət olduğunu bildirib.

Dövlət-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin artırılmasına xidmət edən və fərdi məlumat mübadiləsini təmin edən “E-Polis” mobil tətbiqinin, o cümlədən əhaliyə göstərilən elektron xidmətlərin müasir tələblərə uyğun təkmilləşdirildiyini, “Elektron Xidmətlər Portalı” üzərindən göstərilən daha 31 adda dövlət xidmətinin mobil tətbiqlərinin hazırlandığını diqqətə çatdırıb. Cinayətkarlıqla mübarizədə, xüsusən informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin açılması və belə hüquqazidd əməllərə yol verən şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunması işinin gücləndirilməsinin vacibliyini də diqqətə çatdıraraq bu sahədə təbliğat işinin effektivliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən maarifləndirmə materiallarının hazırlanıb ictimaiyyətə çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.

Paytaxtda nəqliyyat sıxlığının mövcudluğuna və tıxacların yaranmasına da diqqət çəkən nazir aidiyyəti qurumlarla birgə bu cür halların, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə mane olan qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını, insanların həyat və sağlamlığının yol-nəqliyyat qəzalarından qorunması işinin effektivliyinin artırılmasını tələb edib, habelə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində qarşıda duran vəzifələri müəyyən edib.

Yekunda polis-media əlaqələrinin vəziyyətinə toxunaraq Daxili İşlər Nazirliyinin mediaya ən açıq qurumlardan biri olduğunu qeyd edərək Mətbuat Xidmətinin fəaliyyətinin daha səmərəli təşkili, informasiya məkanında rolunun artırılması, görülən işlər və həyata keçirilən tədbirlər barədə məlumatların ictimaiyyətə operativ çatdırılması üçün tapşırıq və tövsiyələrini verib.


Vilayət Eyvazov konkret tapşırıqlar verdi - Fotolar+VideoVilayət Eyvazov konkret tapşırıqlar verdi - Fotolar+Video

Bizimlə əlaqə saxlayın