27 
apr
2025
12:35
43

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

XİN İrana başsağlığı verdi

27 apr, 2025
12:35
543

Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.
Turkdunyasi.az xəbər verir ki, bu burədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında qeyd olunub.
“İran İslam Respublikasının Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirib.
Həlak olanların ailələrinə və yaxınlarına, İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasına səmimi-qəlbdən ümid edirik”, – paylaşımda vurğulanıb.
Xatırladaq ki, İranın cənubundakı Bəndər-Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş vermiş partlayışda 20-yə yaxın insan ölüb.

Bizimlə əlaqə saxlayın