27 
apr
2025
20:38

38

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Prezident Pezeşkiana başsağlığı verdi

27 apr, 2025
20:38
1238
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana başsağlığı məktubu ünvanlayıb.
Turkdunyasi.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”