28 
apr
2025
13:51

44

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

28 apr, 2025
13:51
1444
Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub.
Turkdunyasi.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İran prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi İran prezidentinə raport verib.
İran İslam Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Məsud Pezeşkianın qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.