sen
2025
12:18
55

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Xalq artisti reanimasiyaya yerləşdirildi - Vəziyyəti ağırdır

8 sen, 2025
12:18
755

"Ötən həftənin cümə günündən atamın vəziyyəti ağırlaşdı, Mərkəzi Neftçilər Xəstəxanasına apardıq".

Turkdunyasi.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Xalq artisti Sərdar Fərəcovun qızı Selcan Heydərova deyib.
O bildirib ki, bəstəkar ürək çatışmazlığı ilə yanaşı, böyrək çatışmazlığından da əziyyət çəkir:
"Sentyabrın 5-i səhər işə gedəndə ürəyində narahatlıq yaranıb. Artıq evə gələndə vəziyyətinin kritik olduğunu gördük. Hazırda Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır stabildir".

Bizimlə əlaqə saxlayın