20 
mar
2023
07:53
59

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Asəf Zeynallının məzarı baxımsız qalıb - FOTOlar

20 mar, 2023
07:53
759

Dahi bəstəkar Asəf Zeynallının məzarı baxımsız vəziyyətdədir.
"Turkdunyasi.az" Axşam.az-a istinadən xəbər verir ki, bu barədə tarzən Humay Qədimova sosial şəbəkədə paylaşım edib. 
"Çoxdandır məni narahat edən bir məqam var. Allah dünyadan köçən dahilərimizə rəhmət etsin. Təxmini üç ay əvvəl və bir neçə gün öncə mərhum bəstəkar Asəf Zeynallının məzarını ziyarət etdim. Çox yazmayacağam, baxımsız vəziyyətdədir. Bu kişi cəmi 23 il ömür yaşadı, amma böyük Azərbaycan mədəniyyəti yaratdı. Məzarın bərpası ilə bağlı lazımi hörmətli şəxslərə müraciət etmişəm. İnşallah, yaxın zamanda paylaşacağam. Səsimə səs verdikləri üçün dərin təşəkkürümü bildirirəm.
Allah rəhmət etsin!".

Məqaləyə dair fotomateriallar:



Bizimlə əlaqə saxlayın