avq
2024
03:25
67

Tel:+99450 352 82 91
E-mail: [email protected]

2 avqust “Azərbaycan Kinosu Günü”

2 avq, 2024
03:25
667

Avqustun 2-si Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramıdır. Bu əlamətdar tarixin əsası 1898-ci il avqustun 2-də Bakıda ilk kinosüjetlərin kütləvi nümayişi ilə qoyulub. Ulu Öndər Heydər Əliyevin 2000-ci il dekabrın 18-də imzaladığı Sərəncama əsasən, 2 avqust “Azərbaycan Kinosu Günü” elan edilib. Hər il Azərbaycan Kinosu Günü müxtəlif tədbirlərlə yadda qalır. Mədəniyyət Nazirliyindən bildirilib ki, nazirliyin təşkilatçılığı ilə avqustun 2-də Nizami Kino Mərkəzində ölkəmizdə kinonun yaranmasının 126-cı ildönümü və Azərbaycan Kinosu Günü münasibətilə təntənəli tədbir keçiriləcək.
Mədəniyyət xadimlərinin, kino ictimaiyyəti nümayəndələrinin və film həvəskarlarının iştirak edəcəyi tədbirdə əvvəlcə qonaqlar Nizami Kino Mərkəzinin qarşısında kinematoqrafiyamıza həsr edilən sərgi ilə tanış olacaq, eksponatlarla kinomuzun tarixinə səyahət edəcəklər. 

Turkdunyasi.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib ki, nazirliyin təşkilatçılığı ilə avqustun 2-də Nizami Kino Mərkəzində ölkəmizdə kinonun yaranmasının 126-cı ildönümü və Azərbaycan Kinosu Günü münasibətilə təntənəli tədbir keçiriləcək.
Mədəniyyət xadimlərinin, kino ictimaiyyəti nümayəndələrinin və film həvəskarlarının iştirak edəcəyi tədbirdə əvvəlcə qonaqlar Nizami Kino Mərkəzinin qarşısında kinematoqrafiyamıza həsr edilən sərgi ilə tanış olacaq, eksponatlarla kinomuzun tarixinə səyahət edəcəklər.

Bizimlə əlaqə saxlayın