24 
mar
2022
11:48
138

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Meşələrin qatili olan Ismayıllı bələdiyyə sədri artıq pis duruma düşdü

24 mar, 2022
11:48
6138

q.Xəbər portallarımızda bir neçə gün öncə Ismayıllı rayon Qüşencə kənd bələdiyyəsinin məxsus (bələdiyyə) meşə ərazisində 9.00 ha ərazidə kütləvi olaraq palıd və vələs ağaclarının kəsildiyini yayımlamışdıq.



Redaksiyamıza məlumat verən etibarlı mənbə bildirir ki, sözügedən ağacları elə həmin kəndin bələdiyyə sədri olan Aqşin Həmidli özü kəsdirib ki, yerində kənd təsərfüfatı bitkiləri əksin.

Aqşin Həmidli bizim paylaşımlarımıza cavab olaraq özünü təmiz çıxartmaq üçün bildirdi ki, guya qırıntı olan yerləri əllərində bilet olan şəxslər dövlət meşə fondun bələdiyyə meşəsi ilə səhv salıb gəlib bələdiyyə meşəsində ağacları kəsiblər.



O qeyd edir ki, sözügedın qırıntılarıdan sonra, onun meşəsiylə həmsərhəd olan dövlət meşənin gözətçisi Şamil ilə əlaqə saxlayıb və Şamil isə ona "xəstə olduğu üçün evdən çıxa bilmədiyini" - bildirib.

Əvvəla, bilet satışı dekabr ayının sonu bağlanır. Bu qırıntılar isə fevral ayı olub;

İkincisi, ağacların kəsimində adların çəkdiyi şəxslərə Şamaxı Regional MTM-dən artıq iki ildir ki bilet verilmir;

Üçüncüsü, ağaclar kəsilmədən öncə nömrələnir. Neçə ola bilər ki, nömrəsiz ağaclar kəsilsin?;

Dördüncüsü, hər bir meşəbəyi, və yaxud onun köməkçisi və gözətçisi ağac kəsimi zamanı orada olur;

Beşincisi, hər bir meşəbəyi və gözətçi öz meşə dolaylarının sərhədlərini yaxşı tanıyır;

Altıncısı , biz, Aqşın Həmidlinin adını çəkdiyi gözətçi Şamillə əlaqə saxladıq və o, isə bizə bildir ki, Aqşin ümumiyyətlə bu barədə mənə zəng vurub əlaqə saxlamayıb. Yəni onun mənim barəmdə dediyi həqiqətə uyğun deil.

Ən dəhşətlisi isə odur ki, Aqşin Həmidli sözügedın qırıntı ilə bağlı Ismayıllı Polis Şöbəsinin adından bizə bir əcaib sənət təqdim edib . Hansı ki, o sənətdə nə bir sıra nömrəsi, nə də tarix qoyulub. Xahiş edirik Daxil Işlər Nazirliyi bunu qanuna müvafiq şəkildə araşdırsın.

Qarşı tərəfin də mövqeyin dinləməyə hazırıq.

Meşələrin qatili olan Ismayıllı bələdiyyə sədri artıq pis duruma düşdü
Meşələrin qatili olan Ismayıllı bələdiyyə sədri artıq pis duruma düşdü
Meşələrin qatili olan Ismayıllı bələdiyyə sədri artıq pis duruma düşdü
PAYLAŞ:



Bizimlə əlaqə saxlayın