3 
fev
2025
14:18

34
yuxarı
Sitrus meyvələri piylənmənin qarşısını ala bilər

3 fev, 2025
14:18
834
Qərbi Ontario Universitetinin (Kanada) alimləri müəyyən ediblər ki, portağal və naringilərdə olan nobiletin maddəsi siçanlarda çəki artımını ləngidə, şəkərli diabet və ürək-damar xəstəliklərinin inkişaf riskini azalda bilər.
Turkdinyasi.az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Lipid Research" (JLR) jurnalında dərc olunub.
Alimlərin fikrincə, nəticələr təsirli olub - eyni pəhrizə baxmayaraq, nobiletin qəbul edən gəmiricilər kökəlməyiblər.
Maddə artıq piylənmədən əziyyət çəkən heyvanlara verildikdə onların vəziyyəti də yaxşılaşıb. Xüsusilə, bu, onlarda infarkt və insult riskini azaldıb.
Alimlər hesab edirdilər ki, nobiletin piylərin parçalanmasına cavabdeh olan AMP kinaz fermentini aktivləşdirir. Elm adamları bunun insanlara təsirini öyrənməyi planlaşdırırlar./Unikal.az